Laport tarixə düşdü – Doğulduğu ölkəni məğlub etdi
15.07.2026 - 15:25
Laport tarixə düşdü – Doğulduğu ölkəni məğlub etdi

İspaniya millisinin müdafiəçisi Aymerik Laport dünya çempionatları tarixinə düşüb.

Apasport.az xəbər verir ki, bu barədə statistik "MisterChip" məlumat yayıb.

O, dünya çempionatının yarımfinalında doğulduğu ölkəni məğlub edən ilk futbolçu olub. Fransa əsilli müdafiəçi İspaniya millisinin heyətində DÇ-2026-nın yarımfinalında Fransa üzərində 2:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Laport Fransada doğulub. O, 2021-ci ildən İspaniya millisinin formasını geyinir.