UEFA Millətlər Liqasında I turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün – sentyabrın 25-də turnirdə 8 qarşılaşma keçiriləcək. Görüşlər A, B və C liqalarını əhatə edəcək.
A Liqasının A1 qrupunda iki matç baş tutacaq. Türkiyə doğma meydanda Fransa ilə üz-üzə gələcək. Qrupun digər görüşündə İtaliya Belçikanı qəbul edəcək.
B Liqasında Gürcüstan – Şimali İrlandiya, Macarıstan – Ukrayna, Polşa – Bosniya və Herseqovina, İsveç – Rumıniya matçları keçiriləcək. C Liqasında isə Ermənistan Latviya ilə, Monteneqro Kiprlə qarşılaşacaq.
25 sentyabr – Bakı vaxtı ilə
20:00 – Gürcüstan – Şimali İrlandiya 0:1
20:00 – Ermənistan – Latviya 2:0
22:45 – İtaliya – Belçika
22:45 – Türkiyə – Fransa
22:45 – Macarıstan – Ukrayna
22:45 – Polşa – Bosniya və Herseqovina
22:45 – İsveç – Rumıniya
22:45 – Monteneqro – Kipr