"Portu" tarixində ilk dəfə yeni titul qazandı
29.01.2023 - 02:12
"Portu" tarixində ilk dəfə Portuqaliya Liqa Kubokunu qazanıb.
Apasport.az xəbər verir ki, final görüşündə əzəli rəqiblərindən olan “Sportinq”lə qarşılaşan “əjdahalar” 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu, "Portu" üçün 2007/08 mövsümündən etibarən keçirilən turnirdə ilk qələbədir. Portu təmsilçisi əvvəllər 4 dəfə finala yüksəlib. Lakin 2010, 2013, 2019 və 2020-ci illərdə finalda məğlub olublar. "Sportinq" isə artıq 4 dəfə bu kuboku qazana bilib.
Bununla da "Portu" rəsmi olaraq 83 titul qazanıb. Bu göstərici ilə 82 titul qazanmış "Benfika" arxada qoyulub.
- Ölkə çempionatının final mərhələsinin açılış mərasimi keçirilib
- Azərbaycan 2026-cı ildə dünya çempionatına ev sahibliyi edəcək
- "Barselona" futbolçusunu 30 milyon avroya satacaq
- Braziliyalı futbolçu Avropa nəhənglərin radarında
- ARMPK nümayəndə heyəti Özbəkistan Paralimpiya Komitəsinin qonağı olub - FOTO
0
0