"Trabzonspor" 90+3 qolu ilə məğlubiyyətdən qurtuldu
19.01.2023 - 00:19
!["Trabzonspor" 90+3 qolu ilə məğlubiyyətdən qurtuldu](https://apasport.az/storage/news/2023/january/19/big/63c856483da1263c856483da13167407367263c856483da0d63c856483da10.jpg)
Türkiyə Kubokunda 1/8 finalın daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, son Türkiyə çempionu "Trabzonspor" səfərdə "Ümraniyəspor"la qarşılaşıb.
12-ci dəqiqədə top buraxan Qaradəniz təmsilçisi braziliyalı müdafiəçi Viktor Uqunun 90+3-cü dəqiqədə vurduğu qolla oyunu əlavə vaxta daşımağı bacarıb. Burada isə daha təcrübəli "Trabzonspor" 3 qol vuraraq matçdan 4:1 qalib ayrılıb.
0
0