U-19 Moldova yığmasına qalib gəldi
16.09.2025 - 20:24
Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.
Apasport.az xəbər verir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Millimizin digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.
- ABL: Müntəzəm mövsümün son turuna start veriləcək
- İkinci Liqa: "Qusar" "Ağdaş"a, "Şəmkir" isə "Füzuli"yə qarşı
- “Qızıl top”u qazanan 5-ci fransalı: “Ronaldonun ayrılığı mənə motivasiya verdi”
- Ansu Fati bu kluba keçə bilər: Türk klublarının transfer hərəkatı
- Taekvondoçularımız Avropa çempionatında mübarizə aparacaq - HEYƏT
0
0