
Azərbaycan boksçuları Rusiyanın Xabarovsk şəhərində keçirən Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar.
Boks Federasiyasından apasport.az-a verilən məlumata görə, millinin heyətində Maqsud Xasmetov (60 kq) turnirin qalibi olub.
O, finalda Dilşod Abdumurodova (Özbəkistan) qalib gəlməklə Xabarovskda Azərbaycan himnini səsləndirib.
Xasmetovdan fərqli, Ruslan Rüstəmov (63,5 kq) finalda məğlub olub. Həlledici görüşdə Sandan Sandarov (Rusiya) qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Beləliklə, millimiz Memorialı 1 qızıl, 1 gümüş və 3 bürünc medalla bitirib.
Azərbaycanlı referi Qalib Əbiyev isə yarışın ən yaxşı 5 hakimi sırasında yer alıb.
Qeyd edək ki, daha öncə Ümid Rüstəmov (57 kq), İlqar Salahov (67 kq) və Mirşərif Kazımzadə (75 kq) 3-cü yeri tutublar.
- Millimizin müdafiəçisi: “Onunla görüş komandanı ayıltdı” - MÜSAHİBƏ
- Jorje Jezuşa millidən təklif
- "Fulhem"in forvardı: "Azərbaycana qarşı matç daha çətin olacaq"
- "Roma" və "Xəzər Lənkəran"ın sabiq üzvü: “Qarabağ” bir futbol komandasından daha artıqdır, görünür ki, orada əsl ailə qurublar"
- Byelsa 3-cü dəfə milli komanda çalışdıra bilər