Gəncədə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
28.03.2026 - 12:22
Aprelin 1–2-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Apasport.az xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs üçün açıq olacaq.
Kəmər seçimi iştirakçıların yaş uyğunluğuna əsasən müəyyənləşdiriləcək.
İmtahanı uğurla keçən namizədlərə federasiya tərəfindən müvafiq kəmər və sertifikat təqdim olunacaq.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.
- Çempionlar Liqası: “Arsenal” və “İnter” yarımfinalda - YENİLƏNİB
- “Atletiko”dan “Barselona”ya sərt xəbərdarlıq: Alvarez üçün 500 milyon avro tələbi
- “Beşiktaş” iki futbolçusunu heyətdən kənarlaşdırıb - SERGEN YALÇININ İSTƏYİ İLƏ
- “Çelsi” Sterlinqlə yollarını ayırıb
- Məşhur futbolçuya şok: Həbs cəzası ilə üz-üzə
0
0