Millimiz Malaqada təlim-məşq toplanışında
18.10.2024 - 00:56
![Millimiz Malaqada təlim-məşq toplanışında](https://apasport.az/storage/news/2024/october/18/big/67117a0a15a0a67117a0a15a0b172919860267117a0a159fe67117a0a15a09.jpeg)
Azərbaycanın cüdo üzrə qadınlardan ibarət millisi Olimpiya təlim-məşq toplanışına qatılıb.
Apasport.az xəbər verir ki, oktyabrın 14-də start götürən hazırlıq Avropa Cüdo Birliyi tərəfindən təşkil olunub.
Hazırlıq prosesində Azərbaycanın qadınlardan ibərət millisinin 7 idmançısı iştirak edir. Cüdoçulara qadınlardan ibarət yığma komandanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edir. Təlim-məşq toplanışı 15-17 noyabrda Polşanın Pila şəhərində keçiriləcək 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Malaqa toplanışı ayın 19-da yekunlaşacaq.
0
0