Veteran cüdoçularımız qitə çempionatında 11 medal qazanıblar
09.06.2024 - 19:27
![Veteran cüdoçularımız qitə çempionatında 11 medal qazanıblar](https://apasport.az/storage/news/2024/june/09/big/6665bbfb945cd6665bbfb945ce17179432916665bbfb945cb6665bbfb945cc.jpeg)
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən turnirdə bu uğura imza atıblar.
Millimiz Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medal əldə edib.
Qeyd edək ki, iyunun 6-9-da keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.
0
0