Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib
16.04.2024 - 22:00
![Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib](https://apasport.az/storage/news/2024/april/16/big/661ec2e28b42b661ec2e28b42c1713292002661ec2e28b429661ec2e28b42a.jpeg)
Azərbaycan Atıcılıq Federasiyası Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-dən 12-dək ölkəmiz 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir. Biletləri yaxın günlərdə www.ticket.az saytından əldə etmək mümkün olacaq.
0
0