!["Azəryol" "Qarabağ"a çatdı](https://apasport.az/storage/news/2024/january/21/big/65ad162b4bf1765ad162b4bf18170584221965ad162b4bf1565ad162b4bf16.jpg)
Qadınlar arasında həndbol üzrə ölkə çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün VII tura 1 oyunla yekun vurulub.
Turun bağlanış matçında "Azəryol" və "Qarabağ" komandaları qarşılaşıblar. Görüş ev sahibi komandanın minimal üstünlüyü ilə bitib-28:27. Bu matçadək maksimum nəticə göstərən "Qarabağ" ilk dəfə məğlubiyyət acısı yaşayıb. Azəryol isə vacib qələbə əldə edərək liderlə aradakı xal fərqini minimuma endirmiş olub.
Yer Komanda O Q H M T/F X
1 Qarabağ 7 6 0 1 245-140 12
2 Azəryol 7 5 1 1 292-139 11
3 Kür 7 4 1 2 263-135 9
4 İdman Akademiyası 7 3 0 4 161-235 6
5 Bakı 7 2 0 5 130-337 4
6 Gənclərbirliyi 7 0 0 7 96-311 0