
Yunanıstanın Olimpiya şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) Konqresi və Baş Assambleyası keçirilib.
Apasport.az xəbər verir ki, assambleyada qurumun prezidentliyinə və İcraiyyə Komitəsinə seçkilər də keçirilib.
Belçikalı Filip Housiaux AƏOH-un prezidenti seçilib. Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev 4 il müddətinə AƏOH-un İcraiyyə Komitəsinə üzv seçilib.
Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı tərəfindən Con Barotta mükafatına da layiq görülüb.
Qeyd edək ki, tədbir çərçivəsində taekvondoçumuz, Paris-2024-ün gümüş mükafatçısı Qaşım Maqomedov idmanda nümunəvi davranışına və etik dəyərlərə sadiqliyinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının “Ədalətli oyun ruhu” mükafatına layiq görülüb.
- “Qarabağ”– “Neftçi” oyununun hakimləri açıqlandı
- “Qarabağ” – “Hakken” oyunu üçün METRONUN İŞ REJİMİ DƏYİŞDİRİLDİ
- NTD-nin basketbolçusu: “Abşeron”a qarşı oyunlar əsl döyüşə çevriləcək"
- Azərbaycan növbəti dəfə cüdo üzrə Avropa Kubokuna ev sahibliyi edəcək
- Azərbaycan-İsveç matçına nə qədər bilet satılıb?