Gimnastlarımız Gimnaziadada gümüş medal qazanıblar
26.10.2024 - 14:21
Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada iştirak edən Azərbaycan gimnastları gümüş medal qazanıblar.
Apasport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aerobika gimnastikası üzrə yarışda iştirak qrup komandamız (Leyla Əhmədova, Sara Əlixanlı, Fidan İbrahimova, Məryəm Topçubaşova və Evelina Kozlovskaya) fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, ötən gün fərdi proqramda çıxış edən Məryəm Topçubaşova bürünc medala yiyələnmişdi.
- "Neftçi"nin keçmiş baş məşqçisinin yeni ünvanı rəsmiləşdi
- Kikboksinq millilərinin heyətinə düşmək üçün turnir başlandı - FOTOLENT
- “Qarabağ”ın sabiq futbolçusu: “Bu, Musa Qurbanlı və Ramil Şeydayev üçün xeyirli oldu”
- Xorvatiyalı forvard “Beşiktaş”da
- Transferlərə ən çox pul xərclədən mütəxəssislər - SİYAHI
0
0