U-17 DÇ: İbrahim Həsənov 1/4 finala yüksəldi
01.08.2026 - 13:39
Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Gürcüstan təmsilçisi Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatı Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 pəhləvanla təmsil olunur.
0
0