Terim - Jezuş duelində qalib müəyyənləşmədi
21.04.2025 - 22:52

Səudiyyə Ərəbistanı Pro Liqasında XXIX turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, bu gün Fatih Terimin komandası meydana çıxıb.
Onun çalışdırdığı "Əl-Şəbab" Jorje Jezuşlu "Əl-Hilal"la qarşılaşıb. Matçda 4 qol vurulub.
Lakin qalib müəyyənləşməyib - 2:2.
Bununla da, "Əl-Şəbab"ın məğlubiyyətsiz oyunlar seriyası 9-a çatıb.
Qeyd edək ki, "Əl-Hilal" 62 xalla 2-ci, "Əl-Şəbab" 51 xalla 6-cı yerdə qərarlaşıb.
0
0