![DÇ-2022: Braziliya seriyanı 19-a çatdırdı](https://apasport.az/storage/news/2022/november/25/big/6380573971b626380573971b6316693553216380573971b5e6380573971b60.jpg)
Braziliya yığması ardıcıl 19-cu mundialın açılış oyununda məğlub olmayıb.
Apasport.az saytının məlumatına görə, “sambaçılar” bu seriyanı Qətərdə keçirilən dünya çempionatında da davam etdirib.
Qrup mərhələsinin ilk turunda Serbiyanı üstələyən (2:0) “pentakampeonlar” indiyə qədər planetin ən nüfuzlu turnirinə 16 dəfə qələbə, 3 dəfə heç-heçə ilə başlayıb. Braziliya yığması yalnız iki dəfə startda məğlubiyyətə üzülüb. Bu da ilk iki dünya çempionatına təsadüf edib. Komanda DÇ-1930-da Yuqoslaviyaya (1:2), DÇ-1934-də isə İspaniyaya (1:3) yenilib.
Serbiya isə müstəqil ölkə kimi dünya çempionatında keçirdiyi 10 oyundan 8-də (80 faizində) məğlub olub. Bu, mundiallarda ən azı 10 görüş keçirən komandalar arasında ən yüksək göstərici faizidir.
Qeyd edək ki, G qrupunda növbəti turun oyunları noyabrın 28-də keçiriləcək. Həmin gün Serbiya Kamerunla, Braziliya isə İsveçrə ilə görüşəcək.