![201 əmsallıq uğurun bir addımlığında](https://apasport.az/storage/news/2023/july/13/big/64b027ba2e56f64b027ba2e570168926610664b027ba2e56d64b027ba2e56e.jpg)
Çexiyalı tennisçi Marketa Vondrouşova Uimbildon tennis turnirinin finalına yüksəlib.
Apasport.az-ın məlumatına görə, turnir start götürəndə onun qələbə 201.0 əmsala bərabər olub.
Çexiyalı raketka ustası çoxlarının gözləmədiyi halda həlledici matçda oynamaq hüququ qazanıb. Hazırda reqtinq cədvəlində 42-ci yerdə qərarlaşan Vondrouşova ilk dəfə Böyük Dəbilqə seriyasında olan yarışının finalında mübarizə aparacaq. O, bu gedən yolda Marketa 6 rəqibə - Sterns, Kudermetova, Vekiç, Buzkova, Pequla və Svitolinaya qalib gəlib.
Qeyd edək ki, Vondrouşovanın finaldakı rəqibi Ons Jaber olacaq.