Millimiz məğlub olub
15.06.2026 - 10:30
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:1 (25:19, 22:25, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Komanda bunadək Şimali Makedoniya millisini 3:0 hesabı ilə məğlub edib.
0
0