Qızıl Avropa Liqasına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniyaya yola düşüb.
Apasport.az xəbər verir ki, komanda təlim-məşq toplanışının növbəti mərhələsini Maribor şəhərində keçəcək.
Faiq Qarayevin baş məşqçi olduğu yığma səfərə yekun heyətlə yollanıb. Milli burada bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Daha sonra voleybolçular Qızıl Avropa Liqasının matçları üçün Xorvatiyaya gedəcəklər.
Yığma bu turnirdə ilk oyununu mayın 17-də məhz meydan sahiblərinə qarşı keçirəcək.
Qeyd edək ki, yeni formatda təşkil ediləcək yarış üç turdan ibarətdir. Komandamızın oyunlarının ilk turu (17-19 may) Xorvatiyada, ikinci turu (24-26 may) Rumıniyada, üçüncü turu isə (31 may-2 iyun) Azərbaycanda olacaq.
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
- Azərbaycan Kubokunda finala doğru: Bütün finallar
- "Liverpul"un 5 futbolçusu "Qarabağ"la oyunu buraxacaq
- “Qarabağ” – “Braqa” oyunu üçün satılan biletlərin sayı açıqlandı
- “Araz-Naxçıvan” liderliyə yüksəldi - YENİLƏNİB