Yüksək Liqada 11-ci tur başlayır
30.01.2024 - 09:31
![Yüksək Liqada 11-ci tur başlayır](https://apasport.az/storage/news/2024/january/30/big/65b8895f0e8e865b8895f0e8e9170659260765b8895f0e8e665b8895f0e8e7.jpg)
Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 3-cü dövrə başlayır.
Apasport.az xəbər verir ki, bu gün 11-ci tur çərçivəsində 2 qarşılaşma keçiriləcək.
“Milli Aviasiya Akademiyası” və “Gəncə” qarşılaşacaq. Görüş saat 15:00-da start götürəcək. Günün digər matçı saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” arasında keçiriləcək. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.
Sabah isə “Azərreyl” UNEC-i sınağa çəkəcək. Matç saat 18:00-da UNEC-in idman zalında keçiriləcək.
0
0