Yüksək Liqada daha iki qarşılaşma baş tutub
08.01.2026 - 21:06
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
"Azərreyl" kollektivi "Turan" ilə üz-üzə gəlib. Tovuz Olimpiya İdman Kompleksində keçirilən matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
UNEC komandası isə "DH Volley"i 3:2 hesabı ilə məğlub etməyi bacarıb. Bu matç Azərbaycan Voleybol Federasiyasının idman zalında reallaşıb.
0
0