A Seriyası : “Cenoa” doğma meydanda qələbə qazandı
28.01.2025 - 01:45
A Seriyası : “Cenoa” doğma meydanda qələbə qazandı

İtaliya A Seriyasının XXII turunun oyunları yekunlaşıb.

Apasport.az xəbər verir ki, günün son matçında “Cenoa” “Monza”nı sınağa çəkib.

Ev sahibləri autsayderlə görüşdə 2 cavabsız qolla qələbə qazanıblar – 2:0.

“Cenoa” bu qələbə ilə xallarının sayını 26-ya yüksəldərək turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

İtaliya A Seriyası 
XXII tur

23:45. “Cenoa” – “Monza” – 2:0