“Adana Demirspor” üçün ağır cəza - komandanın xalı mənfiyə düşdü
06.12.2024 - 20:59
![“Adana Demirspor” üçün ağır cəza - komandanın xalı mənfiyə düşdü](https://apasport.az/storage/news/2024/december/06/big/67532e1db67c767532e1db67c8173350454167532e1db67bc67532e1db67c6.jpeg)
Türkiyə Futbol Federasiyası "Adana Demirspor"u cəzalandırıb.
Apasport.az xəbər verir ki, komandanın 3 xalı silinib.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Buna səbəb klubun lisenziyalaşdırma qaydalarına əməl etməməsi olub.
14 turdan sonra 2 xal toplayan "mavi şimşəklər"in xalı cəza nəticəsində -1 olub.
0
0