Arda Gülər tarixə düşdü
02.06.2024 - 15:49
İspaniya təmsilçisi “Real Madrid” UEFA Çempionlar Liqasının finalında Almaniyanın “Borussiya Dortmund” komandasına 2:0 hesabı ilə qalib gələrək çempion olub.
Apasport.az xəbər verir ki, iki türk futbolçu - “Real Madrid”də çıxış edən Arda Gülər və Dortmund “Borussiya”sında fotma geyinən Salih Özcan final matçında oynaya bilməyib. Türkiyə millisinin hər iki üzvü matça ehtiyat oyunçular skamyasında başlayıb.
Digər tərəfdən, "Real Madrid"lə kuboku qazanan Arda Gülər Çempionlar Liqasını qazanan ilk türk futbolçu oldu.
Qeyd edək ki, İspaniya nəhəngi 15-ci dəfə ÇL kubokunu qazanıb.
- Azərbaycan çempionatı və Bakı birinciliyinin vaxtı bəlli olub
- Emil Mustafayev: “Ukrayna millisindən dəvət gəlsə, imtina etməyəcəm” - MÜSAHİBƏ
- Elçin Məmmədov "Fənərbaxça"nın avrokubok matçına təyinat alıb
- Lehman zəncirlə qonşunun qarajına girib, polisləri təhqir edib...
- "Neftçi"də məcburi əvəzləmə - Millinin müdafiəçisi zədələndi
0
0