Arda Güler tilsimi qırdı - VİDEO
08.12.2024 - 10:26
![Arda Güler tilsimi qırdı - VİDEO](https://apasport.az/storage/news/2024/december/08/big/67553476b572067553476b5721173363723867553476b571e67553476b571f.webp)
İspaniya La Liqasında 17-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Madrid "Realı" bu turda "Jirona"nı böyük hesabla məğlub edib - 3:0.
Türkiyə millisinin üzvü, Madrid təmsilçisində az oyun şansı alan Arda Güler bu görüşdə meydana start heyətdə çıxıb. O, 55-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, bu, 19 yaşlı yarımmüdafiəçinin La Liqanın cari mövsümündə ilk qoludur.
0
0