Azpilikueta gəlsə, o gedəcək
01.08.2022 - 13:57
“Barselona” “Çelsi”nin kapitanı Sezar Azpilikuetanın transferində israrlıdır.
Apasport.az saytının məlumatına görə, Kataloniya klubu ispaniyalı sağ cinah müdafiəçisini heyətə cəlb etmək üçün danışıqlarını davam etdirir.
32 yaşlı Azpilikuetanın transferi bir oyunçunun La Liqa klubunu tərk etməsi ilə nəticələnəcək. Əgər bu keçid reallaşarsa, gənc Serjio Dest transferə çıxarılacaq. Bu barədə ABŞ millisinin üzvü özü də məlumatlandırılıb.
Qeyd edək ki, 22 yaşlı Dest “Barselona”ya 2020-ci ildə “Ayaks”dan keçib.
- Azərbaycan çempionatında qrup ötüşməsinə start verilib - FOTO
- Ülvi İsgəndərov: “Belə olan halda, Birinci Liqaya düşməyimiz normaldır” - MÜSAHİBƏ
- Filip İvanoviç: "İllərdir, "Qarabağ" Premyer Liqada favoritdir" - Müsahibə
- Cüdo üzrə Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
- AFFA "Turan Tovuz"u yenə cərimələdi
0
0