“Barsa”nın üzvü zədələndi
02.03.2025 - 20:58
“Barselona”nın müdafiəçisi Andreas Kristensen zədələnib.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, danimarkalı futbolçu məşq zamanı sıradan çıxıb.
Onun sağ ayağının bud əzələsi dartılıb.
Kristensen 4 həftə meydanlardan uzaq qalacaq.
Xatırladaq ki, müdafiəçi bir həftə əvvəl uzunmüddətli zədədən qayıtmışdı.
Qeyd edək ki, 28 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsi 2026-da başa çatacaq.
- Azərbaycan antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsinə rəhbərlik edir
- Bu gün ölkə kubokunun püşkatma mərasimi keçiriləcək
- Füzuliyə yeni köç edən gənclər Aşağı Köndələnçayda avar çəkəcək - FOTO + VİDEO
- Prezident İlham Əliyev Xankəndidə “Qarabağ”-MOİK oyunundan əvvəl çıxış edib
- Paris-2024: Türkiyə yarımfinalda İtaliyaya məğlub olub
0
0