“Barselona”da növbəti ayrılıq
23.10.2023 - 11:02
“Barselona” daha bir futbolçusunu satdığını açıqlayıb.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi Estanislav Pedrolanın "Sampdoriya"ya keçidini rəsmiləşdirib.
20 yaşlı cinah oyunçusu avqustda İtaliya klubuna qoşulub. Bu komandada icarə əsasında çıxış edən ispanın keçidinə görə “Sampdoriya” qarşı tərəfə
3 milyon avro ödəyəcək.
Müqavilədə yer alan maddəyə əsasən “Barselona” 2025-ci ilə qədər 7 milyon avro ödəyərək oyunçunu geri qaytara bilər.
- “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək
- Okan Buruk: “Yuventus”un oyunlarını izləyərkən…”
- “Valensiya”dan gürcü qapıçı ilə bağlı qərar
- Azərbaycan Basketbol Liqası hakimləri üçün yeni mövsüm öncəsi son seminar keçirilib
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
0
0