"Barselona"nın qapıçısı meydanlara qayıdır
23.01.2024 - 16:45
!["Barselona"nın qapıçısı meydanlara qayıdır](https://apasport.az/storage/news/2024/january/23/big/65af96d113d5e65af96d113d5f170600622565af96d113d5c65af96d113d5d.webp)
“Maksimum iki həftəyə hazır olacağımı düşünürəm”.
Apasport.az xəbər verir ki, bunu "Barselona"nın qapıçısı Mark-Andre Ter Ştegen meydana nə vaxt dönəcəyindən danışarkən deyib.
Almaniyalı qolkiper vəziyyətinin yaxşılaşdığını deyib: "Həkimlərin hazırladığı plana uygun hərəkət etdim. Artıq tam sağalmışam. İnanıram ki, yaxın 2 həftə ərzində hazır olacam. Komandayla meydana çıxacağım günü həsrətlə gözləyirəm”.
Qeyd edək ki, ötən il noyabrın 12-dən bəri futbol oynamayan 31 yaşlı çərçivə qoruyucusu həmin ilin dekabr ayında belindəki problemləri həll etmək üçün əməliyyat olunub.
0
0