"Bayer" Xabi Alonsoya əvəzləyici tapdı
09.02.2024 - 12:59
İspaniyalı mütəxəssis Xulen Lopeteqi karyerasını Almaniya çempionatında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Relevo” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, “Bayer Leverkuzen” məşqçinin xidmətində maraqlıdır. “Bayer” hələ ki Lopeteqidən cavab almayıb.
Hazırda Xulen işsizdir. Bu yaxınlarda ona Səudiyyə Ərəbistanından təklif gəlsə də, mütəxəssis Yaxın Şərqdəki variantdan imtina edib.
Xatırladaq ki, Xabi Alonso yayda "Bayer"i tərk edə bilər. İngiltərə "Liverpul"u onun xidmətində maraqlıdır.
- Gəncədə "Olimpiya Ümidləri" beynəlxalq karate turniri keçiriləcək
- Neymar: “Real”ın təklifini rədd etdim”
- “Yuventus” səfərdə uduzdu, “İnter” və “Napoli” minimal hesabla qalib gəldi
- "Qalatasaray"ın daha bir futbolçusu üçün təklif var
- Konfrans Liqası: "Sabah"ın potensial rəqibləri müəyyənləşdi - YENİLƏNİB
0
0