Benzemanın müqaviləsi avtomatik yenilənir
06.10.2022 - 15:00
Kərim Benzemanın “Real”la müqaviləsinin avtomatik yenilənməsi variantı var.
Apasport.az saytının məlumatına görə, bununla bağlı fransalı hücumçunun müqaviləsinə bənd salınıb.
Fransa millisinin üzvü “Qızıl top”u qazanacağı təqdirdə, sözləşməsi avtomatik olaraq daha bir mövsümlük uzadılacaq. Onun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. “Qızıl top” mərasimi isə oktyabrın 17-də Parisdə keçiriləcək.
Qeyd edək ki, 34 yaşlı Benzema bu mövsüm La Liqada keçirdiyi 5 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.
- Ardadan assist, Mbappedən qol, "Real"dan 3 xal
- Keynin durumuna aydınlıq gəldi
- Toni Kroos: “Pedri, Lamin Yamal və Robert Levandovskidən daha vacib oyunçudur”
- FİFA rəhbərliyinə qarşı birgə etiraz - UEFA, AFK və KONKAKAF bəyanat yaydı
- Elmir Çərkəzov yarımfinalda dayandı – Bürünc medal uğrunda güləşəcək
0
0