“Beşiktaş”ın futbolçusu sabiq klubuna qayıdır?
20.01.2026 - 01:10
“Beşiktaş”ın futbolçusu Rafa Silva karyerasını yenidən ölkəsində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, portuqaliyalı vingerlə sabiq klubu “Benfika” yaxından maraqlanır.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər 32 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlməyə çox yaxındırlar.
“Benfika”nın idman direktoru Mario Branko keçidi rəsmiləşdirmək üçün İstanbula gəlib.
Qeyd edək ki, Rafa Silva 2024-cü ildən "Beşiktaş"da çıxış edir.
- “Mançester Yunayted” Amrabata təklif göndərir
- "Milan"ın baş məşqçisi vəzifəsinə namizədlər siyahısında yeni ad
- Serbiya millisinin üzvü “Bavariya” yolunda
- "Kəpəz"dən Barış Şimşəyə etiraz: "Verilən qərarlarla BARIŞmırıq" - VİDEO
- Prezident İslamiadada yüksək nəticə göstərmiş idmançıların mükafatlandırılmasına 1,9 milyon manat ayırıb
0
0