“Çelsi”dən 7,5 illik müqavilə
06.01.2023 - 10:10
İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az saytı xəbər verir ki, “zadəganlar” Fransanın “Monako” komandasından Benua Badyaşili transfer edib.
“Çelsi” 21 yaşlı futbolçu ilə 7,5 illik müqavilə imzalayıb. London təmsilçisi müdafiəçinin keçidinə görə fransızlara 38 milyon avro ödəyib.
Qeyd edək ki, Badyaşil Fransa milli komandasında 2 oyunda iştirak edib. Son 5 mövsümü “Monako”nun heyətində keçirən Benua 135 oyunda meydana çıxıb.
- Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulub
- İdmana başlayanda edilən bu səhvlər ölüm səbəbi ola bilər - VİDEO
- “Sərhədçi” heyətini amerikalı basketbolçu ilə gücləndirib
- Messinin məşqdən erkən ayrılmasının əsl səbəbi bilindi
- Ülvi İsgəndərov: “Daha üst pillələrdə qərarlaşmağa layiq komandayıq” - Müsahibə
0
0