![Çempionlar Liqasında 1/8 final cütlükləri dəqiqləşdi - YENİLƏNİB](https://apasport.az/storage/news/2023/december/18/big/657fe5ec4f5c2657fe5ec4f5c31702880748657fe5ec4f5c0657fe5ec4f5c1.jpg)
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Apasport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.
Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edib. Qrup qalibi olan komandalar ikinci yer sahibləri ilə üz-üzə gələcək. İlk matçlar qrup mərhələsində ikinci yeri tutanların meydanında keçiriləcək.
Çempionlar Liqası
1/8 final
“Porto” (Portuqaliya) - “Arsenal” (İngiltərə)
“Napoli” (İtaliya) - “Barselona” (İspaniya)
PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya)
“İnter” (İtaliya) - “Atletiko” (İspaniya)
PSV (Niderland) - “Borussiya” (D, Almaniya)
“Latsio” (İtaliya) - “Bavariya” (Almaniya)
“Kopenhagen” (Danimarka) - “Mançester Siti” (İngiltərə)
“Leypsiq” (Almaniya) - “Real” (İspaniya)
Qeyd edək ki, 1/8 final mərhələsi 2024-cü ildə keçiriləcək. İlk oyunlar fevralın 13-14 və 20-21-də, cavab görüşləri martın 5-6 və 12-13-də baş tutacaq.