"Əl-Hilal" portuqaliyalı mütəxəssisin müqaviləsini uzadıb
29.05.2024 - 13:35
!["Əl-Hilal" portuqaliyalı mütəxəssisin müqaviləsini uzadıb](https://apasport.az/storage/news/2024/may/29/big/6656f39d9ffc36656f39d9ffc417169744936656f39d9ffc16656f39d9ffc2.jpg)
Portuqaliyalı mütəxəssis Jorje Jesus "Əl-Hilal"la müqaviləsini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun rəsmi saytı məlumat yayıb.
Çalışdırıcı ilə "Əl-Hilal" arasındakı yeni müqavilə 2026-cı ilə qədərdir.
Xatırladaq ki, portuqaliyalının rəhbərliyi altında komanda cari mövsümdə Səudiyyə Ərəbistanı çempionu olub.
0
0