"Fənərbağça" "Everton"dan futbolçu alır
12.09.2023 - 12:25
"Fənərbağça" İngiltərə Premyer Liqasından futbolçu alır.
Apasport.az saytı xəbər verir ki, İstanbul klubu "Everton"un yarımmüdafiəçisi Andre Qomeşə elçi düşüb.
Klub rəhbərliyi 30 yaşlı portuqaliyalının transferi üçün ingilislərlə danışıqlara başlayıb. 2019-cu ildən "Everton"da çıxış edən Qomeş ötən mövsümü "Lill"də icarə əsasında keçirib. Fransa komandası ilə 27 matçda iştirak edən futbolçu 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, qardaş ölkədə transfer pəncərəsi sentyabrın 15-də bağlanacaq.
- Kadi: "Krasnodar"la Çempionlar Liqasında oynamaq istəyirəm"
- "Qarabağ"ın sabiq futbolçusu: “Qışdan sonra daha yaxşı "Neftçi" görə bilərik" - MÜSAHİBƏ
- "Real" 36-cı dəfə La Liqa çempionu oldu
- De Bleker: "Hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər" - Müsahibə
- Güləşçilərimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaqlar
0
0