Obameyanq yenidən klubunu dəyişəcək?
09.10.2022 - 23:39

“Çelsi”nin hücumçusu Pyerr-Emerik Obameyanq tezliklə yenidən komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, yay fasiləsində “Barselona”nı London klubuna dəyişən qabonlu forvardın indi də Fransaya köçmək variantı yaranıb.
Çünki PSJ 33 yaşlı oyunçunun transferində maraqlıdır. Hətta Obameyanq özü də mövsümün sonunda Paris klubuna keçməyin əleyhinə deyil. O, PSJ-nin baş məşqçisi Kristof Qaltyenin rəhbərliyi altında vaxtilə “Sent-Etyenn”də çıxış edib.
Qeyd edək ki, Pyerr-Emerik Obameyanqın “Çelsi” ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.
- Skandal: Futbolçunun yerinə əkiz qardaşı oyuna çıxdı
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- U-19 millimiz İspaniyada 3 yoldaşlıq oyunu keçirəcək
- "Neftçi"dən Lebon qərarı
- Adil Şükürov: “Azərbaycan tarixinin ən zəif komandası kimi yaddaşlarda iz qoyacaq”
0
0