Fransa millisində son 50 ilin diqqətçəkən hadisələrindən biri yaşanıb.
Apasport.az xəbər verir ki, “Komo”nun qapıçısı Jan Butez 31 yaş 3 aylığında karyerasında ilk dəfə Fransa yığmasına dəvət olunub. Bununla o, 1976-cı ildən bəri milliyə ilk çağırışını alan ən yaşlı futbolçu olub.
50 il əvvəl Jerar Farizon Fransa millisindən ilk dəvətini 32 yaş 1 aylığında almışdı.
Butez heyətdə “Lans”ın qapıçısı Robin Risseri əvəzləyib. Risser qabırğasındakı problem səbəbindən qarşıdakı toplanışda iştirak edə bilməyəcək. Fransa millisinin və “Lans”ın tibbi heyətlərinin məsləhətləşməsindən sonra onun düşərgəyə qoşulmaması qərara alınıb.
Qeyd edək ki, 2025-ci ildən Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo”da çıxış edən Butez İtaliya klubunda 68 oyunda 26 dəfə qapısını toxunulmaz saxlayıb.