İngilis futbolçu 375 matça pul qoyuluşu etdi və... - İTTİHAM
13.07.2023 - 11:51
![İngilis futbolçu 375 matça pul qoyuluşu etdi və... - İTTİHAM](https://apasport.az/storage/news/2023/july/13/big/64af98768969264af987689693168922943064af98768969064af987689691.png)
İngiltərə “Nottinqam Forest”inin müdafiəçisi mərc oyunları ilə bağlı qaydaları pozmaqda ittiham olunur.
Apasport.az saytı xəbər verir ki, Futbol Assosiasiyası tərəfindən verilən açıqlamada Harri Toffolonun 2014/17-ci illərdə bukmeker kontorlarında 375 matça pul yatırdığı bildirilir.
27 yaşlı sol cinah müdafiəçisi sözügedən illərdə “Norviç” komandasının şərəfini qoruyub. Futbolçudan iyulun 19-dək ittihamlara cavab verməsi tələb olunub.
Qeyd edək ki, ingilis futbolçu 2020-ci ildən “Nottinqem Forest” komandasında çıxış edir.
0
0