İngiltərəli futbolçu “Arsenal”ın tarixinə düşüb
12.12.2025 - 11:57
İngiltərə millisinin və “Arsenal”ın futbolçusu Noni Madueke London klubunun tarixinə düşüb.
Apasport.az OPTA-ya istinadla xəbər verir ki, 23 yaşlı hücumameyilli yarımmüdafiəçi “topçular”ın heyətində ilk 3 qolunu avrokuboklarda vuran yeganə oyunçu olub.
Vinger Çempionlar Liqasının V turunda "Bavariya" ilə görüşdə (3:1) bir, VI turun "Brügge" ilə matçında (3:0) isə iki dəfə fərqlənib.
Qeyd edək ki, Noni Madueke bu mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və 3 qol vurub.
- "Fulhem" İtaliyadan serb futbolçu transfer etdi
- Qurban Qurbanov: "Son vaxtlar komandada psixoloji gərginlik var idi"
- Polad Rzayev ölkəmizi paralimpiyanın dağ xizəyi növündə təmsil edəcək
- "Çelsi" İngiltərə millisinin müdafiəçisini almaq istəyir
- İdmançılarımız MMA üzrə dünya çempionatında 8 medal qazanıblar
0
0