"Real"da ümidləri doğrultmayan Trent Aleksandr-Arnold İngiltərə Premyer Liqasına qayıda bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu ölkəsinin 3 klubunun transfer siyahısında yer alıb.
Bu barədə "Defensa Central" məlumat yayıb.
“Mançester Siti”, “Mançester Yunayted” və “Nyukasl” Aleksandr-Arnoldla maraqlanır. Bu klubların hər biri 27 yaşlı sağcinah müdafiəçisi üçün təxminən 40 milyon avro təklif etməyə hazırdır.
Qeyd edək ki, "Real" Trent Aleksandr-Arnoldu mövsümün əvvəlində "Liverpul"dan 10 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü Madrid təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 3 qol ötürməsi edib.
- "Siti"dən möhtəşəm "come back", "Borussiya"dan vacib 3 xal - Yenilənib
- Ayxan Abbasov: “Məğlub olanda çox suallar ortaya çıxır”
- Azərbaycan və İsrail yığmaları Avropa birinciliyinə Bakıda birgə hazırlaşırlar
- Ölkə kubokunun yarımfinal mərhələsi rəqəmlərin gözü ilə
- Ayxan Abbasov: “Kəpəz” bizdən daha istəkli idi”