"İnter"in məşqində dava
21.04.2023 - 00:22
“İnter”in qapıçısı Andre Onana və yarımmüdafiəçi Marselo Brozoviç məşqdə bir-biri ilə əlbəyaxa olub.
Apasport.az xəbər verir ki, Milan təmsilçisinin futbolçuları məşq edərkən qapıçı Onana ilə komandanın yarımmüdafiəçisi Brozoviç arasında gərgin anlar yaşanıb.
Brozoviç Onananın sərt addımına hiddətlə reaksiya verib. Kamerunlu qapıçı isə xorvat oyunçunun sözlərindən sonra dönüb və ona hücum etmək istəyib. Bu zaman Romelu Lukaku və təcrübəli müdafiəçi Danilo DAmbrozio futbolçuların bir-birinə zərər yetirməsinə mane olublar.
- “Fatih Karagümrük” 4 qolla qalib gəldi
- Avstriya 3 xalı 3 qolla qazandı - YENİLƏNİB
- AMADA-nın təşkilatçılığı ilə beynəlxalq elmi-praktik konfrans keçiriləcək
- Hüseyn Məhəmmədov: "AFFA-nın “Qəbələ”ni Premyer Liqada saxlayacağını gözləmirdim" - MÜSAHİBƏ
- Ceyhun Sultanov: “Kamran Quliyev kimdənsə asılıdır”
0
0