Jiru ilə müqavilə uzadılır
22.09.2022 - 15:47
![Jiru ilə müqavilə uzadılır](https://apasport.az/storage/news/2022/september/22/big/632c17f7a359d632c17f7a359e1663834103632c17f7a359b632c17f7a359c.jpg)
“Milan” Olivye Jiru ilə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi fransalı hücumçunu heyətində saxlayacaq.
35 yaşlı veteranla müqavilənin uzadılması barədə danışıqlara da start verilib. Onunla yeni anlaşma 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Olivye mövsümün 9 matçında 5 qol vurub.
0
0