Jiru yeni müqavilə imzalayacaq
29.12.2022 - 14:19
Fransa millisinin və “Milan”ın futbolçusu Olivye Jirunun taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu İtaliya klubu ilə müqaviləni uzadacaq.
Tərəflər yeni sözləşmə ilə bağlı şifahi razılıq əldə edib. Anlaşma yaxın günlərdə rəsmiləşməlidir. Jirunun hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, forvard cari mövsüm klubda keçirdiyi 19 matçda 9 qol və 5 assistə imza atıb.
- Millimizin futbolçusu Bolqarıstanla matçı buraxacaq
- "Şamaxı" - "Turan Tovuz" oyunu canlı yayımlanmayacaq - "CBC Sport"dan açıqlama
- Cüdo texnikaları üzrə tədris keçirilir
- Azərbaycan XİN: "Bayrağın yandırılmasını pisləyirik"
- Premyer Liqa mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlərin siyahısını açıqlayıb
0
0