Kilian Mbappe: “Messi "Barselona"da olduğu kimi deyildi”
20.11.2023 - 12:58
![Kilian Mbappe: “Messi "Barselona"da olduğu kimi deyildi”](https://apasport.az/storage/news/2023/november/20/big/655b1928b3748655b1928b37491700469032655b1928b3746655b1928b3747.png)
“Hətta böyük futbolçular da dəyişmək məcburiyyətindədir”.
Apasport.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe deyib.
Fransalı ulduz sabiq komanda yoldaşı Lionel Messidəki dəyişiklikdən danışıb: “Mən Messi ilə oynadım. O, oyun üslubunu dəyişdi. Lionel PSJ-də "Barselona"da olduğu kimi oyunçu deyildi. Bu, ona dünya çempionu olmağa, komanda və fərdi titullar almağa imkan verdi”.
Qeyd edək ki, iki ulduz hücumçu 2021-2023-cü illərdə birlikdə PSJ-nin heyətində çıxış edib.
0
0