Kurtua dekabr ayının ən yaxşısı seçilib
31.12.2025 - 00:42
“Real Madrid”də dekabr ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu mükafata komandanın qapıçısı Tibo Kurtua layiq görülüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı belçikalı azarkeşlərin səsverməsində qalib gələrək Cud Bellinghem, Antoni Rüdiger, Rodriqo və Orelien Tçuamenidən üstün olub.
Qeyd edək ki, dekabr ayında Kurtua bütün turnirlərdə Madrid klubunun heyətində 5 oyunda iştirak edib və 5 qol buraxıb.
0
0