"Latsio" baş məşqçisini istefaya göndərə bilər
01.03.2024 - 11:46
"Latsio"nun baş məşqçisi Mauritsio Sarri istefaya göndərilə bilər.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, qeyri-qənaətbəxş nəticələrə görə klub cari mövsümün sonunda Mauritsio ilə yollarını ayıra bilər.
Klub rəhbərliyi hələlik gələcək mütəxəssislə bağlı yekun qərar verməyib.
Sarri 2021-ci ilin yayından Roma təmsilçisinin baş məşqçisidir. İtaliya çempionatının 26 turunun nəticələrinə əsasən, "qartallar" 40 xal toplayıb və turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
- Basketbol Liqasında final turunun 3-cü oyunu keçiriləcək
- DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək - YENİLƏNİB
- “Qarabağ” – “Ferensvaroş” cütünün məğlubunun mümkün rəqibləri bəlli oldu
- Mourinyo göstəriş verdi: "Sevilya"nın hücumçusu "Fənərbaxça" yolunda
- Azərbaycanda 7 mövsümün ən böyük hesabı – 9:0
0
0