“Lester” Beniteslə danışıqlara başladı
10.04.2023 - 21:55
“Liverpul” və “Real”ın sabiq baş məşqçisi Rafael Benites karyerasını yenidən İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 62 yaşlı mütəxəssis “Lester”lə danışıqlara başlayıb.
Premyer Liqa klubu ispaniyalı çalışdırıcını “sükanı arxası”nda görmək istəyir. O, istefaya göndərilən Brendan Rocersi əvəzləyəcək.
Benitesin son iş yeri “Everton” olub. O, yanvarda bu klubu tərk edib.
Qeyd edək ki, ispaniyalı əvvəllər “Dalyan Pro”, “Nyukasl”, “Real”, “Napoli”, “Çelsi”, “İnter”, “Liverpul” və “Valensiya”da çalışıb.
- Prezident Paris Olimpiadasında medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edib - YENİLƏNİB
- Rafinyanın yerinə 25 milyonluq transfer
- Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb
- "Fənərbaxça" azarkeşlərini qəzəbləndirən daha bir transfer
- “Yuventus” onun müqaviləni artıracaq
0
0