“Lill” stadion alır
15.09.2022 - 17:36
Fransa “Lill”i stadion almaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi ev oyunlarının keçirildiyi “Pyer Morua”ya sahib olmaq istəyir.
Artıq arenanın indiki sahibi olan şirkətə iki dəfə təklif göndərilib. Lakin baş direktor Olivye Letanqanın təşəbbüsü ilə atılan addımlar nəticə verməyib. Şirkət stadionu satmağa razılaşmayıb. Buna təklif olunan məbləğ səbəb olub.
Qeyd edək ki, “Lill” rəhbərliyi icarə haqqının yüksək olmasından narazıdır və bu üzdən arenanı birdəfəlik almaq fikrindədir.
- "Qarabağ" Çempionlar Liqasından 59 milyon qazanıb
- Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar
- Messi oynamaq istədiyi klubun adını açıqladı
- Premyer Liqanın XIV turu rəqəmlərdə
- DÇ-2026: Almaniya və Niderlanddan darmadağın, Çexiya pley-offda - YENİLƏNİB
0
0