“Lion” Liqa 1-də çıxış edəcək
09.07.2025 - 18:44

"Lion"un taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, klub Fransa Liqa 1-də çıxışını davam etdirəcək.
Bu barədə "aslanlar"ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Fransa Futbol Maliyyə Nəzarət Orqanının qərarından verilən apelyasiya uğurla nəticələnib.
Açıqlamada qərarın "Lion"a göstərilən ilk etimad olduğu və komandanın növbəti mövsümə hazırlığa kökləndiyi bildirilib.
Qeyd edək ki, təxminən 505 milyon borcu olan klub ciddi sanksiyalarla üz-üzə qalıb.
0
0